Ağdamda tələ-minası aşkarlandı

img

Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür.

 

Rezonans.az xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında qeyd olunub. Məlumatda bildirilib ki, 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina partlayışının qurbanı olub.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir.

 

Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkar edilib.

 

Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.

Xəbəri paylaş: