"BakuBus"ın qarşısını kəsən sürücü TUTULDU

img

Bakının Nizami rayonunda, Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

Xəbəri paylaş: