NATO-dan Ermənistan-Azərbaycan görüşünə REAKSİYA

img

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir.

 

Rezonans.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "Twitter"də bildirib.

 

O əlavə edib ki, bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır.

 

Kolomina qeyd edib ki, NATO Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasını dəstəkləyir, Avropa İttifaqının bu istiqamətdəki səylərini qiymətləndirir.

Xəbəri paylaş: