Biz İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmırıq.
Rezonans.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra deyib.
O qeyd edib ki, Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır.
"Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil", - Çavuşoğlu bildirib.
Stoltenberq isə deyib ki, Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb.










