Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Rezonans.az-ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin də zədələndiyi bildirilib. Ölənlər barədə məlumat daxil olmayıb.










