Azərbaycan və Özbəkistan ağsaqqalları görüşəcək

img

Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyəti Özbəkistana gedib.

 

Rezonans.az-ın məlumatına görə, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, sədr müavini Eldar İbrahimov və millət vəkili Məşhur Məmmədov Özbəkistanda işgüzar səfərdədirlər.

 

Səfər zamanı Azərbaycan və Özbəkistan ağsaqqaları arasında görüş keçiriləcək.

 

Görüş zamanı iki ölkə arasında maraq doğuran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, eyni zamanda qarşılıqlı səfərlər, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ağsaqqalların Türk dünyasının birliyi və möhkəmlənməsində rolu ilə bağlı müzakirələrə aparılacaq.

Xəbəri paylaş: