
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir.
Rezonans.az xəbər verir ki, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.
İclası vitse-spiker, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli açıb, yeni qanun layihəsinin hazırlanmasını vacib edən amillərdən danışıb.
Eyni zamanda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qanun layihəsi ilə bağlı siyasi partiyalar tərəfindən irəli sürülən təklifləri haqqında danışacaq.
Qeyd edək ki, siyasi partiyalar ilə bağlı son dinləmə oktyabrın 24-də keçirilib.