İki piyada qəza qurbanı olub

img

Ötən gün 2 piyada yolu keçmək istəyərkən avtomobil qəzasının qurbanı olub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Belə ki, hadisələrdən ilki noyabrın 3-də saat 10 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Qurumba kənd sakini Q.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Veravul kənd sakini Məmməd Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

      

Analoji hal noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində baş verib. Belə ki, Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

 Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: