DTX-nin saxladığı Elnur Əliyevlə bağlı QƏRAR VERİLDİ

img

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

 

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Xəbəri paylaş: