Nazirliyin kollegiyasının tərkibi dəyişdi

img

İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının 12 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri

 

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru.

Xəbəri paylaş: