Ukraynada həbs olunan qazimizdən YENİ XƏBƏR

img

Bu gün 4 noyabr saat 14:00 da,  qazimiz Misir Qasımlının növbəti məhkəmə iclası başlayıb, hal hazırda məhkəmə iclası davam edir.


Bunu Rezonans.az-a açıqlamasında Kiyev şəhərində  yaşayan "AİP" diaspora təşkilatın sədri Qulu İbrahimov bildirib.


"Zərərçəkən" canlı yayımla məhkəmə iclasına qatılıb.Demək olar ki, "zərərçəkən" sualların çox hissəsinə "yadımda deyil" cavabı verdi. Buda "zərərçəkənin" sağlamlığı ilə problem olduğunu deməyə əsas verir deyə Q. İbrahimov bildirib.


Hesab edirəm ki, Hakim yaxın günlərdə ədalətli qərar çıxaracaq deyə İbrahimov əlavə edib.


II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı artıq ikinci  ildir ki, Ukraynada həbsdə saxlanılır.


Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.


Xəbəri paylaş: