Türkiyədə inflyasiya rekord həddə çatdı

img

Türkiyədə illik inflyasiya rekord həddə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, istehlak qiymətləri indeksi ötən ilə nisbətdə 85,51%-ə çatıb. Məlumata görə, bu ilin oktyabr ayında qiymətlər sentyabr ayına nisbətən 3,54% artıb, illik inflyasiya isə 65,26% təşkil edib.

 

Qeyd edək ki, istehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz olub.

Xəbəri paylaş: