İtaliyada helikopter qəzası - 7 nəfər öldü

img

İtaliyanın cənubunda yerləşən Focca şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

 

Rezonans.az “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub.

 

Ölənlərdən 5-i Sloveniyadan olan turistlərdir, digər iki nəfər pilo və yerli həkimdir.

 

Qeyd olunur ki, helikopter Tremiti adalarından havaya qalxıb. Turistlər ora hadisədən bir gün əvvəl gəliblər və əlverişsiz hava şəraiti səbəbindən həmin gün geri qayıda bilməyiblər. 

 

Hadisə zamanı Tremiti bölgəsində tufan qopduğu da məlumdur.

Xəbəri paylaş: