Tovuzda ağır qəza - Ata öldü, oğlu yaralandı

img

Tovuzda minik maşını ilə mikroavtobus toqquşub, sərnişinlərdən biri ölüb.

 

Rezonans.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, qəza zamanı axşam saatlarında iki nəfərin xəsarət alması, bir nəfərin dünyasını dəyişməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

 

“Araşdırmalar nəticəsində məlum olub ki, VAZ 2107 markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub, hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, oğlu, 2001-ci il təvəllüdlü Mansur Alıyev və həmkəndlisi, 1981-ci il təvəllüdlü Bayram İsgəndərov müxtəlif bədən xəsarətləri alıb. Mikroavtobusda sərnişin olmayıb, sürücüsü xəsarət almayıb. Hadisə yerində nəqliyyatın hərəkəti bərpa olunub”.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: