“Azərişıq” rəhbərliyi şəhid ailələri və qazilərlə görüşüb

img

“Azərişıq” ASC-nin rəhbərliyi Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilərlə görüşlər keçirib. 

 

Rezonans.az xəbər verir ki, Vətən Müharibəsindən sonra “Azərişıq” ASC-nin qarşıya qoyuduğu ən əsas vəzifələrdən biri şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsidir.

 

Zəfər Günü ilə bağlı “Azərişıq” ASC-nin əməkdaşları olmuş 6 şəhidin ailəsi ziyarət olunub. 

 

Həmçinin Vətən müharibəsində yaralanmış “Azərişıq” əməkdaşları ilə görüş keçirilib. Tədbirdə qazilər diplom və mükafatlarla təltif ediliblər. 

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində “Azərişıq” ASC-nin 300-dək əməkdaşı iştirak edib. Onlardan 6 nəfəri şəhid olub, 32 nəfər isə yaralanıb.

Xəbəri paylaş: