Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Rezonans.az xəbər verir ki, səfirlik bu barədə "Twitter" hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik”.










