Puşkinin Xarkovdakı büstü söküldü

img

Görkəmli rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

 

Bildirilib ki, büst muzeyə təhvil veriləcək:

 

"Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib".

 

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə çar Rusiyası zamanında qoyulub.

Xəbəri paylaş: