Prokurorluq əməkdaşları parlamentdə

img

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə Milli Məclisdə Baş Prokurorluğun bir qrup dövlət qulluqçuları ilə görüş keçirilib.


Rezonans.az
xəbər verir ki, Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Milli Məclisin fəaliyyəti onun struktur qurumları və gələcək perspektivlər barədə ətraflı məlumat verib.


Tədbirdə  iştirak edən Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, Anti-korrupsiya Təlim Mərkəzinin katibi Nigar Qələndərli dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıblar.


Parlamentə dəvət olunan Baş Prokurorluğun dövlət qulluqçuları Milli Məclisin inzibati binası, yeni açılmış Zəfər güşəsi, tarixi, Heydər Əliyevin həyatına həsr edilmiş muzey, Plenar və iclas zallar ilə tanış olublar.
Görüşün sonunda iştirakçılar tərəfindən maraq doğuran suallar cavablandırılıb, eləcə də faydalı fikir mübadiləsi aparılıb.

 

Xəbəri paylaş: