Yolu keçmək istəyən piyadanı maşın vurdu

img

Noyabrın 10-da saat 6 radələrində Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində rayon sakini F.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Xatınlı kənd sakini Vəli Hüseynovu vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş: