Gürcüstana gələn rusların sayı açıqlandı

img

Qismən səfərbərlik elan edildikdən sonra Gürcüstanda 100 mindən çox Rusiya vətəndaşı məskunlaşıb.

 

Rezonans.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "France Inter" radiostansiyasına müsahibəsində bildirib.

 

O qeyd edib ki, Gürcüstanda qalan Rusiya vətəndaşlarının əksəriyyəti orta təbəqənin nümayəndələri və gənclərdir.

 

Zurabişvilinin sözlərinə görə, sentyabrın 21-dən bəri 700 min rus Gürcüstan sərhədini keçib, onlardan 600 mini Avropa ölkələrinə, Türkiyə və ya Ermənistana gedib.

Xəbəri paylaş: