38 yaşlı qadın evində özünü asdı

img

Noyabrın 11-də paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində intihar hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirovanın yaşadığı evdə asılmış meyiti tapılıb.

 

Bir övlad sahibi olan qadın evin tavanına bərkidilmiş iplə özünü asıb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: