Milli Məclisin deputatı Brüsselə getdi

img

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.

 

Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd olunub ki, deputat səfər çərçivəsində “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak edəcək. O, müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.

 

Səfər noyabrın 17-də başa çatacaq.

Xəbəri paylaş: