Əli Əsədov Fuat Oktaya başsağlığı verib

img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

 

Nazirlər Kabinetindən (NK) Rezonans.az-a verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.

 

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xəbəri paylaş: