
Noyabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib.
Rezonans.az xəbər verir ki, şəhid ailələrinin, qazilərin və seçicilərin iştirak etdiyi qəbul zamanı onlar tərəfindən qaldırdılan müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin həll edilməsi məqsədilə isə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib.
Seçicilərin diqqətinə çatdırılıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və həll edilməsi barədə ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, bütün növ müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır, onların həllinə nail olmaq məqsədilə müvafiq addımlar atılır.