Xarici Xüsusi Xidmət orqanlarına agentlik edən vətəndaşlar könüllü təslim olarsa, məsuliyyətdən azad olarlar

img

Müstəqil ekspert Rauf Bayrambəyli Rezonans.az-ın sullarını cavablandırıb.


İran Xüsusi Xidmət Orqanları olan Sepah və Ettelaat agent qismində vətəndaşlarımızı necə cəlb edirlər.?


Bilirsiniz, Sepah Və Ettelaat bir-birilərinə rəqib Xüsusi Xidmət Orqanlarıdı. Sepah hal -hazırki molla rejiminə xidmət edir və məqsədləri Xarici Ölkələrə yəni Qonşu Ölkələrə özlərinin məkirli oyunlarını və Din adı altında təbliğ etmələrini ixrac etməkdir.Ettelaat bir az fərqli yönümdə fəaliyyət göstərir. Bu iki qrum 1979 cu ildən bəri bir biriləri ilə loru dildə desək yola getmirlər. Hər ikisidə ölkənin 1 nömrəli Xüsusi Xidmət Orqanı olmaq arzusundadır. Ettelaatın fəaliyyəti ən çox Keçmiş Türk Səfəvi Hanədanının  ərazisini işğal edərək İran ərazisinə qatmaqdır. Fəaliyyət istiqamətlərindən biri Azərbaycanda və ya digər xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını agent qismində cəlb edərək, pul vəsaiti və ya başqa vədlər verərək insanları onlara inandırmağı və özlərinə etibar qazandırıb Türkçülük adı altında özlərinə tabe edib  agentlərinin sayını çoxaltmaqdır.  


Dövlət Təhlükəsizlik Xidmətinin İran Xüsusi Xidmət Orqanlarına agentlik edən Azərbaycan vətəndaşlarını həbs edərək cinayət məsuliyyətinə cəlb etmələri barədə fikriniz.


Mən əvvəl ki çıxışlarımda da söyləmişdim Dövlət Təhlükəsizlik Xidməti  əvvəlcədən vətəndaşlara xəbərdarlıq etmişdir ki, xarici ölkələrin xüsusi xidmət orqanlarına agentlik etmək Dövlətə xəyanət deməkdir və kimliyindən aslı olmayaraq cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Artıq necə nəfər  həbs edilibdir. Yenə təkrar edirəm Azərbaycan Dövləti Humanist Dövlətdir. Hal-hazırda xarici ölkələrin eləcə də İranın Xüsusi Xidmət orqanlarına agentlik edən vətəndaşlar varsa çəkinməsinlər və qorxmasınlar dərhal Dövlət Təhlükəsizlik Xidmətinə məlumat versinlər. İnsan səhv edə bilər.. vacib olan səhvi vaxtında anlayıb qarşısını almaqdır. Düşünməsinlər ki “artıq gecdir məni həbs edərlər” xeyir... Cinayət Məcəlləsinin 274-cü maddəsində “Dövlətə Xəyanət” bir qeyd olaraqda bildirilir ki, şəxsin özü səhvini anlayaraq agentlik etdiyi barədə ( Xarici Xüsusi Xidmət orqanlarından pul aldıqlarını və ya şantaj olunduqlarını) Dövlət orqanlarına məlumat verərsə həmin şəxs məsuliyyətdən dərhal azad olunar.Hal-hazırda da əməliyyat tədbirləri davam edir.. Ona görə həmin vətəndaşlara səslənirəm öz həyatınızı məhv etməyin.


Xarici Xüsusi Xidmət orqanlarına agentlik edən lakin xarici ölkələrdə yaşayan Azərbaycan Vətəndaşlarına hansı cəza tədbidləri məqsədəuyğun hesab edilir?


Fərq etmir, hansı ölkədə yaşamağından aslı olmayaraq Azərbaycan vətəndaşı xarici Xüsusi Xidmət orqanlarına agentlik edirsə Dövlətə Xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar. Yəni fikirləşməsinlər ki, “xaricdə yaşayıram məni tuta bilməzlər heç məni tanımırlarda” xeyir.. Dövlətə Xəyanət edirsənsə, səni artıq tanıyırıq. Xaricdə yaşayırsansa yenədə fərq etməz geci tezi məsuliyyətə cəlb olunacaqsan. Amma... Hər kim ki, özü könüllü olaraq Dövlətə təslim olarsa həmin şəxslər məsuliyyətdən azad olunacaqlar.

Xəbəri paylaş: