27 yaşlı oğlanı bıçaqlayan şəxs tutuldu

img

Abşeronda 27 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.

 

Rezonans.az xəbər verir ki, Məmmədli qəsəbəsində yerləşən “Bakı” yeni yaşayış kompleksində 1995-ci il təvəllüdlü Mirəli İbrahimli naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Rəhman Qasıməliyev tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: