İstanbul terroruna görə daha bir nəfər TUTULDU

img

İstanbulda terror aktı törədən Əhlam Əlbəşirlə əlaqəsi olan şəxslərin Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması istiqamətində işlər davam etdirilir.

 

Rezonans.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları hadisənin törədilməsinə kömək edən kod adı Hüsam olan terrorçunun Suriyaya qaçdığını müəyyən ediblər.

 

Bununla bağlı Suriyadakı Türkiyə polis qruplarına məlumat verilib. Terrorçunun saxlanılması istiqamətində keçirilən uğurlu əməliyyat nəticəsində həmin şəxs ələ keçirilib. Bununla da törədilən terror akt ilə bağlı saxlanılanların sayı 51-ə çatıb.

 

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Xəbəri paylaş: