Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ

img

Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Rezonans.az-a verilən məlumata görə, səbəb ərazidə aparılan təmir işləri ilə əlaqədardır.

 

Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və  H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.

Xəbəri paylaş: