Bu kirayə mənzillər ƏDV-dən AZAD EDİLİR

img

Azərbaycanda gələn ildən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

 

Rezonans.az-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək.

 

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Xəbəri paylaş: