
Milli Məclisdə Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açması məsələsi müzakirə olunub.
Rezonans.az xəbər verir ki, parlamentə təqdim olunan qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.
Toplantıda, həmçinin "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" və “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul olunub.