Fuat Oktay Fransa Senatının qətnaməsinə münasibət bildirdi

img

"Azərbaycanla münasibətlərimizdə bir millət, iki dövlət prinsipini bütün sahələrdə reallaşdırmağa çalışırıq".

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib. 

 

“Mən bir neçə həftə əvvəl Şuşada idim. Hazırda o bölgədə çox ciddi bərpa-quruculuq işləri gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. Orada məhv edilən kəndləri gördük. Bu torpaqların əsl sahibləri indi geri dönür. Lakin Fransa kimi bir ölkə qətnamə qəbul edir və iddia edir ki, guya bura Ermənistan torpağıdır. Ermənilərin Qarabağı dağıtması, burada heç bir quruculuq işi görməməsi həmin torpaqların onların olmadığını göstərir”, - deyə F.Oktay vurğulayıb.

Xəbəri paylaş: