
Azərbaycanda ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təkliflər edilib.
Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Belə ki, sosial şəbəkədə kişi tərəfindən verilən elanda təbii donor xidməti təklif olunub.
“Övlad həsrətində olan analar üçün övlad sahibi olmaq imkanı. Həyat yoldaşında problem olan və müalicə olmayan, ya da baha başa gələn xanımlara təbii donor xidməti təklif olunur. Süni mayalanmadan qat-qat ucuz, cəmi iki seansa hamilə qalmaq imkanınız var. Zəmanət verilir, məxfilik, gizlilik qorunur. Əlaqə üçün şəxsiyə yazın”, - deyə elanda qeyd olunub.
Eyni zamanda bildirilib ki, Daxili İşlər Nazirliyi (DİN) məsələni artıq nəzarətə götürüb və iş üzrə araşdırmalara başlanılıb.