Hərbi xidmətə yollanacaqdı: Parkda öldürüldü

img

Türkiyənin Dənizli vilayətində iki qrup arasında silahlı qarşıdurma faciə ilə nəticələnib.

 

Rezonans.az xəbər verir ki, hadisə Dənizlinin Selçukbey məhəlləsinin Kazım Arslan parkında baş verib.

 

Əvvəllər də aralarında münaqişə baş vermiş qrup adıçəkilən parkda münasibətlərini aydınlaşdırmağa çalışıb. 

 

Mübahisə silah səsləri ilə əvəzlənib. 

 

Nəticədə bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. 

 

Öldürülən 23 yaşlı Hüseyn Niyaz adlı şəxs bir neçə gün sonra həqiqi hərbi xidmətə yollanacaqmış.

 

O, xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qanlı olaydan sonra polis hərəkətə keçib və hadisənin iştirakçılarından 3 nəfəri qandallayıb.

Xəbəri paylaş: