Bakıda ana azyaşlı oğlu ilə itkin düşüb

img

Bakının Sabunçu qəsəbəsində qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

 

Rezonans.az xəbər verir ki, bununla bağlı onun ailə üzvləri hüquq mühafizə orqanlarına müraciət ediblər.

 

Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.

 

İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Xəbəri paylaş: