
Rusiyada Dövlət Duması deputatların əməkhaqqı sisteminə yenidən baxacaq.
Rezonans.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri yazıb.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qənaət edilmiş vəsait hesabına parlamentin aşağı palatasının vitse-spikerlərinə və komitə sədrlərinə ödənişlərin artırılmasını təklif edib, söhbət 600 milyon rubldan gedir.
Məlumata görə, hazırda hər iki palata spikerlərinin maaşı baş nazirin əməkhaqqına bərabərdir, yəni orta nazir maaşından 40 faiz çoxdur.
Bütün digər Rusiya parlamentarilərinin maaşı federal idarələrin rəhbərlərinin maaşına bərabərdir.
Qanunvericiliyə görə, 2018-ci ildə Dövlət Dumasının deputatlarının faktiki maaşı 388 min rubl təşkil edir.
Rusiya Federasiyasının parlamenti - Federal Məclis iki palatadan ibarətdir. Yuxarı palata Federasiya Şirası (sədr Valentina Matviyenko), aşağı palata Dövlət Duması (sədr Vyaçeslav Volodin) adlanır.