Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Rəsmi məlumata görə, araşdırmalar davam etdirilir.










