"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb".
Bu barədə Rezonans.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Qeyd edilən fakt təsdiq olunmayıb", - Qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, sosila şəbəkədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılmışdı. Ötən gün Aslan Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi bununla əlaqələndirilirdi.










