Nazirliyin əməkdaşlarına ali rütbələr verildi - SİYAHI

img

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Rezonans.az xəbər verir ki, Sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

 

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

 

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi".

Xəbəri paylaş: