Ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada öldü

img

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətinin regional qrupundan Rezonans.az-a bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: