700 mindən çox elektron poçtu BLOKLANIB

img

Azərbaycan dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış təhlükəsizliyinə nəzarət olunan dövlət elektron poçt xidmətində 3-cü rüb ərzində ümumilikdə 7 mln. 230 min elektron poçt emal edilib.

 

Rezonans.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda bildirilib.

 

Hesabata görə, onlardan 6 mln. 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb:

 

“Xüsusi mühafizə avadanlıqları təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir”.

Xəbəri paylaş: