Ombudsman Dünya Bankının nümayəndələrini qəbul edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dünya Bankının Gender Məsələləri üzrə Mütəxəssisi Nato Kurşitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 


Rezonans.az xəbər verir ki, görüş zamanı Ombudsman qonağa əsas fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, Ombudsmanın təşəbbüsü ilə gender bərabərliyinin təmin olunması sahəsində məlumatlılığın artırılması ilə bağlı regionlarda geniş maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. 


Xüsusilə gənc nəslin gender sahəsindəki biliklərinin artırılmasının vacibliyini vurğulayan Ombudsman Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini qonağın diqqətinə çatdırıb.


S.Əliyeva həmçinin qadın məhkumların cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün cəzaçəkmə müəssisələrində onun də təşəbbüsü nəzərə alınmaqla peşə məktəblərinin fəaliyyətə başladığını bildirib.


Sonda qonaq səmimi qəbula və faydalı fikir mübadiləsinə görə Ombudsmana öz təşəkkürünü bildirib, gələcək əməkdaşlıqla bağlı fikirlərini bolüşüb.  

Xəbəri paylaş: