Yeni qanun ölkədə dialoq və etimad mühitinin daha möhkəmlənməsinə öz töhfəsini verəcək- Açıqlama

img

“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsi   siyasi mədəniyyətinin, plüralizmin, həmçinin siyasi partiyaların   inkişafı baxımdan mühüm rol oynayacaq.


Bunu  Rezonans.az-a açıqlamasında

deputat Müşfiq Məmmədli deyib.


Onun sözlərinə görə,   adı çəkilən qanunun  müasir dövrün tələbləri  nəzərə alınaraq   hazırlanıb. “Qanun layihəsi  bütün maraqlı tərəflərin, xüsusən də ölkədə fəaliyyət göstərən, siyasi partiyaların, QHT-lərin iştirakı ilə  Milli Məclisdə  bir neçə dəfə geniş dinləmələri keçirilib.  Onlaırn təklifləri və tövsiyyələri nəzərə alınıb. Bu dinləmələrin nəticəsi olaraq  qanun layihəsinin yenilənmiş variantı  Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında birinci oxunuşda müzakirə edilib. Dinləmələr zamanı qanun layihəsinə siaysi partiyanın yaradılmasında təsisçilərin, partiya üzvlərinin sayı aladılması, o cümlədən   20 il ölkədə yaşamaq tələbi  kimi  müddəalar ləğv edilib”- o qeyd edib.

Deputat əlavə edib ki, bu,  hakimiyyətin siyasi partiyalaşma institutunun  formalaşmasına və inkişafında maraqlı olduğunun  bariz nümunəsi hesab etmək olar: “Bunu eyni zamanda qanunverici orqan kimi Milli Məclisin konstruktiv təkliflərə açıq olmasının göstəricisi kimi dəyərləndirmək olar. Artıq son illərdə biz parlamentdə cəmiyyəti narahat edən, o cümlədən ciddi məsələlərlə bağlı dinləmələrin keçirilməsi bir ənənə halını alıb. Bu qanun layihəsinin də müzakirəsi həmin müzakirələrdən biridir.


Digər mühüm məqam isə ondan ibarətdir ki, cənab Prezidentin həyata  keçirdiyi siyasi islahatlar nəticəsində ölkədə  yeni siyasi konfiqurasiya formalaşıb. Yaranmış yeni siyasi konfiqurasiya isə ölkədə siyasi qüvvələr arasında  dialoq, etimad mühitinin, milli birliyin, həmrəyliyin  yaranmasına səbəb olub. 


Məhz bunun nəticəsidir ki, dünənə kimi ən radikal müxalif mövqedə dayanan siyasi qüvvələr  cənab Prezidentin  yürütdüyü siyasət milli və dövlət maraqlarına əsaslndığından, onun yürütdüyü siyasəti  dəstəkləyib, ətrafında sıx birləşməyi bəyan ediblər.


YAP-ın yaranmasının 30 illiyi  ilə bağlı keçirilən yubley tədbiri bunun barzi nümunəsidir.  Əminəm ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi  ölkədə siyasi partiyalaşma sisteminin inkişafı ilə yanaşı, ümüumlikdə ölkənin inkişafına öz töhfəsini verəcək”.

Xəbəri paylaş: