"Məktəbdən Beynəlxalq Arenaya" adlı tədbir keçirilib

img

Binəqədi rayon 157 saylı tam orta məktəbdə "Məktəbdən Beynəkxalq arenaya" adlı qrant layihəsinin qalibi məktəbin idman müəllimi Şamil Qorxmazoğlunun möhtəşəm tədbiri keçirilib. 


Rezonans.az xəbər verir ki, ilk öncə Azərbaycan himni səslənəndən sonra , başda ümummilli liderimiz olmaqla bütün şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.


Layihə haqqında geniş məlumat verən layihənin qalibi layihədə iştirak edənlərə idman geyimləri  hədiyyə edib.


Tədbirin aparıcısı şair- publisist Adil Həmid olan tədbirdə layihə üzrə ekspertlər, beynəlxalq və avropa çempionları qazilər və idmançılar iştirak edib, karete və sambo üzrə nümunələr nümayiş etdirilib.


Sonda hamıya təşəkkür edən layihə rəhbəri Şamıl müəllim bildirib ki, məktəbimizdə pulsuz olaraq məşqlər keçiriləcək.

Xəbəri paylaş: