Türkiyə pilotsuz qırıcı istehsalına başlayır

img

Türkiyə “Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, “Baykar” şirkəti tərəfindən hazırlanan aviasiya vasitəsinin istehsalına 2023-cü ilin sonuna kimi başlanılacaq.

 

"Kızılelma" pilotsuz qırıcıları ağır raket və sursatları daşıya biləcək. Sistem öncə xarici mühərriklə işləsə də, gələcəkdə yerli mühərrikdən istifadə edilməsi planlaşdırılır.

Xəbəri paylaş: