Türkiyə hərbçiləri 22 terrorçunu zərərsizləşdirdi

img

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında son iki gündə 22 terrorçu zərərsizləşdirilib.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, terrorçuların 10 İraqın, 12-si isə Suriyanın şimalında zərərsizləşdirilib.

Xatırladaq ki, noyabrın 25-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində indiyədək 326 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Xəbəri paylaş: