Blinken qazax həmkarı ilə danışıqlar apardı

img

ABŞ dövlət katibi Entoni Blinken və Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi arasında telefon danışığı baş tutub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Blinken özünün "Twitter" hesabında məlumat yayıb.

 

“Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik”, - ABŞ rəsmisi bildirib.

Xəbəri paylaş: