Bakıda mənzildən 44 min manat OĞURLANDI

img

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: