Miqrantları daşıyan qayıq batıb - Ölənlər var

Miqrantları daşıyan qayıq batıb -

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılıb, digər 29 nəfərin axtarışları davam etdirilir.

 

Ümumilikdə isə bu həftə Liviya sahillərində azı 53 miqrant həlak olub.

Xəbəri paylaş: