Pakistanda kömür mədənində partlayış - 9 nəfər ölüb

img

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın şiddəti nəticəsində mədəndə meydana gələn çökmədə 9 işçi həyatını itirib, 4 işçi isə yaralanıb.

 

Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib.

 

İlkin araşdırmalara görə, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.

Xəbəri paylaş: