Buzovnada əri və oğlu qətlə yetirilərkən yaralanan qadın xəstəxanada öldü

Buzovnada əri və oğlu qətlə yetirilərkən yaralanan qadın xəstəxanada öldü

Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.

Rezonans.az xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətində bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilib. Basqın zamanı 1939-cu il təvəllüdlü Elbrus Muradov bıçaqlanaraq öldürülüb. Onun bıçaq xəsarətləri alan həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov xəstəxanaya yerləşdirilib.

Rahil Muradov həmin gün xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş: